Biləsuvar rayonu. Ərazisi - 1360 km2. Əhalisinin sayı - 105,1 min nəfər. Yaşayış məntəqələrinin sayı - 1 şəhər və 25 kənd. Əhali sıxlığı – 72 nəfər/km2. Iqtisadi rayon - aran (iqtisadi rayonu). Nəqliyyat vasitəsinin kodu - 12. Telefon kodu – 2529-5-xx-xx. Poçt kodu (Mərkəzi PŞ) - AZ 1300. Biləsuvar rayonu Azərbaycan Respublikasının zəngin tarixi keçmişi olan ərazilərdən biridir. Biləsuvarın qədimliyini sübut edən 10 arxeoloji abidə və orta əsrlərə aid olan memarlıq abidəsi olan Şəhriyar qalası hələ də öz tədqiqatlarını gözləyir. 1288-1290-cı illərdə Qızıl Ordu qoşunlarının Azərbaycana hücumu zamanı Elxani hökmdarı Arqun xanım (1282-1291) hərbi düşərgəsi Biləsuvarda idi. Azərbaycan Sovet Ensiklopediyasının ikinci cildində Biləsuvar rayonu haqqında verilmiş məlumatda qeyd edilir ki, "Biləsuvar, Piləsuvar - Azərbaycanda şəhər tipli orta əsr yaşayış məntəqəsidir. İran tarixçisi Həmdullah Qəzvininin məlumatına görə Biləsuvaı X əsrdə Büveyhi əmiri Piləsuvar saldırmışdır". XIV əsr feodal çəkişmələri nəticəsində tənəzzülə uğrayan Biləsuvar şəhəri 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölündükdən sonra bir hissəsi İranda qalmışdır. Rusiya imperiyası daxilin-də qalan hissəsinin əhalisi 1914-cü ildə Rusiya imperiyası cənub sərhədlərini keçilməz etdikdən sonra səhəddən 20-40 km kənarda ruslar üçün salınmış yaşayış məntəqələrinə və digər ərazilərə köçürülmüşdür. Nəticədə vaxtilə Rusiyadan köçürülmüş əhalinin məskun-lşdığı Puşkin qəsəbəsi mərkəz olmaqla 1930-cu ildə Biləsuvar rayonu təşkil edilmişdir. 1938-ci ildə Biləsuvar adı dəyişdirilərək Puşkin rayonu adlandırılmışdır. 1963-cü ildə ərazisi Cəlilabad rayonu ilə birləşdirilmiş, 1964-cü ildən isə yenidən müstəqil rayon olmuşdur. SSRİ dövləti dağıldıqdan sonra 1991-ci ildən onun tarixi adı özünə qaytarılaraq Biləsuvar adlandırılmışdı. Sabir Nəsiroğlu adlı müəllifdən şərq aləminin tarixini və mədəniyyətini öyrənən "Həmşəhri" cəmiyyəti tərəfindən nəşr olunmuş "Sehrli diyarın sirri" adlı qısaldılmış tarixi monoqrafiyasında və "Həməşəradan gələn səslər" kitabında Biləsuvarın taixi ilə bağlı maraqlı məlumatlar çoxdur. Müəllif tarixi mənbələrə istinad edərək yazır ki, Muğanda xəzərlər, massagetlər və s. tayfalarla yanaşı bilyər və suvarlar da yaşamışdır. O, belə bir nəticəyə gəlir ki, Biləsuvar iki tayfanın - bolqar və suvarların cəmlənib düşmən qarşısında qəhrəmancasına vuruşduğu yer mənasını verir. Daha sonra müəllif qeyd edir ki, "Atlı əsgərlərin və çaparların keçid yeri" toponimi Biləsuvarın toponiminə uyğun gəlir. Biləsuvar toponimin "Belə", "Su", "Var" sözlərindən yarandığını qeyd edənlər də var. Yerli əhali də bu fikrə daha çox üstünlük verir. Bu gün Biləsuvar müstəqil Azərbaycanın inkişaf etmiş yaşayış məntəqələrindən sayılır. Biləsuvar rayonu-nun ərazisi Muğan düzünün cənub-qərb və cənub hissəsini tutur. Ərazisi şimaldan İmişli rayonu ilə 53 km, şimal-qərbdən Saatlı rayonu ilə 23 km, Sabirabad rayonu ilə 20 km, şərqdən Salyan rayonu ilə 23 km, Neftçala rayonu ilə 4 km, cənubdan Cəlil-abad rayonu ilə 54 km, qərbdən isə İran İslam Republikası ilə 64 km məsafədə həmsərhəd olmaqla, ümumi sərhəd dairə-sinin uzunluğu 241 km-dir. Biləsuvar beynəl-xalq gömrük keçid məntəqəsi rayon ərazisində yerləşir. Rayonun ərazisi 1360 kv. kilometrdir. Tarixi araşdırmalar göstərir ki, Biləsuvar rayonunun ərazisindən keçən indiki Bolqar çayı kimi tanınan Biləsuvar çayı bir neçə adla adlandırılmışdır. İran ərazisində bu çayı cürbəcür - Şənbəçay, Adnabazarçay, Bəylər çayı, Şirinsu, Qələbə çayı və s. kimi adlandırmışlar. Amma rəsmi xəritələrdə bu çayın adı həmişə Bolqar çayı kimi göstərilir.
» » Azərbaycanda yaşayan bütün millətlər eyni hüquqlara malikdirlər.

Azərbaycanda yaşayan bütün millətlər eyni hüquqlara malikdirlər.

     Azərbaycanda bu gün multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir və bütün dünyada uğurlu siyasi model kimi qəbul olunur. Ölkəmizdə müxtəlif mədəniyyətə sahib 30-dan çox azsaylı xalq tarixi keçmişdən bu günədək sülh şəraitində birgə yaşayır. Bütün dinlər cəmiyyətdə sərbəst şəkildə təmsil olunur. 
    İndiyədək Azərbaycanda nə milli, nə də dini zəmində heç bir qarşıdurma və fikir ayrılığı yaşanmayıb. Əksinə, ən çətin zamanlarda bütün dinlərin nümayəndələri tərəfindən həmrəylik nümayiş etdirilib. Dini inanclar tamamilə sərbəstdir. Ölkədə onlarca məscid, kilsə və sinaqoq fəaliyyət göstərir. Multikulturalizm siyasəti ölkənin daxili vəziyyətindən başqa, onun beynəlxalq imicinə də müsbət təsir göstərir və Azərbaycanın hüquqi dövlət olmasına bariz sübutdur. 
     Bu gün artıq Azərbaycan dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınır və bu model beynəlxalq miqyasda öyrənilir. Eyni zamanda, Azərbaycana dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzi kimi də hörmətlə yanaşılır. Bax, elə buna görə də Azərbaycan xalqı öz Prezidentinin bu cür bəşəri siyasət yeritdiyinə görə, istər ölkə daxilində, istərsə də xaricində atdığı bütün addımları dəstəkləyir. Çünki xalqımız öz rəhbəri tərəfindən hər bir təşəbbüsün Azərbaycanın marağı və inkişafı naminə irəli sürüldüyünə tamamilə əmindir. Cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan heç bir dövlətin geosiyasi oyununa qatılmır, praqmatik və təmkinli mövqe tutur və dünya miqyasında müstəqil, düşünülmüş siyasət yürüdür. Elə ona görə də Azərbaycan dünyada analoqu olmayan bir ölkəyə, Ordumuz isə dünyanın ən güclü ordularından birinə çevrilib. Azərbaycan Prezidenti cənab İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında birgəyaşayış haqqında fikirlər səsləndirmişdir. O, qeyd etmişdir ki, bizim xalqlar sülh şəraitində yaşamalıdırlar. Azərbaycanda minlərlə erməni yaşayır. 
    Bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi vardır. Biz əməkdaşlığa açıq olan ölkəyik və Azərbaycanda müxtəlif xalqların nümayəndələri əslər boyu bir ailə kimi yaşayırlar. Dövlət başçısı həm də diqqəti ona cəlb etdi ki, davamlı sülh regionun inkişafını təmin edən əsas amildir. Düşmənçilik fikirləri artıq geridə qalmalıdır. 10 noyabr tarixində imzalanmış Bəyanata sadiqlik nümayiş etdirməklə regionda sülh təmin olunacaq. Bu gün atılan addımlar gələcəyə xidmət edir. Prezidentin açıqlamalarından aydın olur ki, bundan sonra da birgəyaşayış şərtlərinə sadiq qalmaq Azərbaycan xalqının əsas məqsədi olacaqdır.  

               Səyalə Şahbazova 
               Biləsuvar Heydər Əliyev Mərkəzinin direktoru
torpaq
   Şərhlər: 0
Şərh yaz





  • MƏDƏNİYYƏT
  • IDMAN
  • HƏRBİ
  • KRİMİNAL