Biləsuvar rayonu. Ərazisi - 1360 km2. Əhalisinin sayı - 105,1 min nəfər. Yaşayış məntəqələrinin sayı - 1 şəhər və 25 kənd. Əhali sıxlığı – 72 nəfər/km2. Iqtisadi rayon - aran (iqtisadi rayonu). Nəqliyyat vasitəsinin kodu - 12. Telefon kodu – 2529-5-xx-xx. Poçt kodu (Mərkəzi PŞ) - AZ 1300. Biləsuvar rayonu Azərbaycan Respublikasının zəngin tarixi keçmişi olan ərazilərdən biridir. Biləsuvarın qədimliyini sübut edən 10 arxeoloji abidə və orta əsrlərə aid olan memarlıq abidəsi olan Şəhriyar qalası hələ də öz tədqiqatlarını gözləyir. 1288-1290-cı illərdə Qızıl Ordu qoşunlarının Azərbaycana hücumu zamanı Elxani hökmdarı Arqun xanım (1282-1291) hərbi düşərgəsi Biləsuvarda idi. Azərbaycan Sovet Ensiklopediyasının ikinci cildində Biləsuvar rayonu haqqında verilmiş məlumatda qeyd edilir ki, "Biləsuvar, Piləsuvar - Azərbaycanda şəhər tipli orta əsr yaşayış məntəqəsidir. İran tarixçisi Həmdullah Qəzvininin məlumatına görə Biləsuvaı X əsrdə Büveyhi əmiri Piləsuvar saldırmışdır". XIV əsr feodal çəkişmələri nəticəsində tənəzzülə uğrayan Biləsuvar şəhəri 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölündükdən sonra bir hissəsi İranda qalmışdır. Rusiya imperiyası daxilin-də qalan hissəsinin əhalisi 1914-cü ildə Rusiya imperiyası cənub sərhədlərini keçilməz etdikdən sonra səhəddən 20-40 km kənarda ruslar üçün salınmış yaşayış məntəqələrinə və digər ərazilərə köçürülmüşdür. Nəticədə vaxtilə Rusiyadan köçürülmüş əhalinin məskun-lşdığı Puşkin qəsəbəsi mərkəz olmaqla 1930-cu ildə Biləsuvar rayonu təşkil edilmişdir. 1938-ci ildə Biləsuvar adı dəyişdirilərək Puşkin rayonu adlandırılmışdır. 1963-cü ildə ərazisi Cəlilabad rayonu ilə birləşdirilmiş, 1964-cü ildən isə yenidən müstəqil rayon olmuşdur. SSRİ dövləti dağıldıqdan sonra 1991-ci ildən onun tarixi adı özünə qaytarılaraq Biləsuvar adlandırılmışdı. Sabir Nəsiroğlu adlı müəllifdən şərq aləminin tarixini və mədəniyyətini öyrənən "Həmşəhri" cəmiyyəti tərəfindən nəşr olunmuş "Sehrli diyarın sirri" adlı qısaldılmış tarixi monoqrafiyasında və "Həməşəradan gələn səslər" kitabında Biləsuvarın taixi ilə bağlı maraqlı məlumatlar çoxdur. Müəllif tarixi mənbələrə istinad edərək yazır ki, Muğanda xəzərlər, massagetlər və s. tayfalarla yanaşı bilyər və suvarlar da yaşamışdır. O, belə bir nəticəyə gəlir ki, Biləsuvar iki tayfanın - bolqar və suvarların cəmlənib düşmən qarşısında qəhrəmancasına vuruşduğu yer mənasını verir. Daha sonra müəllif qeyd edir ki, "Atlı əsgərlərin və çaparların keçid yeri" toponimi Biləsuvarın toponiminə uyğun gəlir. Biləsuvar toponimin "Belə", "Su", "Var" sözlərindən yarandığını qeyd edənlər də var. Yerli əhali də bu fikrə daha çox üstünlük verir. Bu gün Biləsuvar müstəqil Azərbaycanın inkişaf etmiş yaşayış məntəqələrindən sayılır. Biləsuvar rayonu-nun ərazisi Muğan düzünün cənub-qərb və cənub hissəsini tutur. Ərazisi şimaldan İmişli rayonu ilə 53 km, şimal-qərbdən Saatlı rayonu ilə 23 km, Sabirabad rayonu ilə 20 km, şərqdən Salyan rayonu ilə 23 km, Neftçala rayonu ilə 4 km, cənubdan Cəlil-abad rayonu ilə 54 km, qərbdən isə İran İslam Republikası ilə 64 km məsafədə həmsərhəd olmaqla, ümumi sərhəd dairə-sinin uzunluğu 241 km-dir. Biləsuvar beynəl-xalq gömrük keçid məntəqəsi rayon ərazisində yerləşir. Rayonun ərazisi 1360 kv. kilometrdir. Tarixi araşdırmalar göstərir ki, Biləsuvar rayonunun ərazisindən keçən indiki Bolqar çayı kimi tanınan Biləsuvar çayı bir neçə adla adlandırılmışdır. İran ərazisində bu çayı cürbəcür - Şənbəçay, Adnabazarçay, Bəylər çayı, Şirinsu, Qələbə çayı və s. kimi adlandırmışlar. Amma rəsmi xəritələrdə bu çayın adı həmişə Bolqar çayı kimi göstərilir.
» » İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Biləsuvar sakinlərini bayram münasibətilə təbrik edib.

İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Biləsuvar sakinlərini bayram münasibətilə təbrik edib.


 Əziz Biləsuvarlılar!
    Xalqımızın milli Novruz bayramı münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, şəxsi həyatınızda ailə səadəti və xoşbəxtlik, süfrənizə bol ruzi-bərəkət arzulayıram.

    Əsrin sınaqlarından uğurla çıxaraq bu günlərə qədər gəlib çıxmış və xalqımızın milli adət və ənənələrini, ümumbəşər ideyalarını özündə əks etdirən Novruz bayramı ən əziz və müqəddəs bayram kimi öz gəlişi ilə insanlara sonsuz sevinc gətirir. Novruzun gəlişi ilə ana təbiət canlanır, torpağa hərarət gəlir, insanların qurub-yaratmaq əzmi artır.

    Novruzun rəmzləri olan Su, Od, Yel və Torpaq çərşənbələrinin də qeyd olunması bu bayramı daha rəngarəng edir. Bir çox tarixi ənənənləri özündə əks etdirən bu çərşənbələr Novruz bayramının ilk müjdələri kimi insanlara xoş əhval-ruhiyyə bəxş edir.            Bu çərşənbələr içində ilaxır çərşənbə-Torpaq çərşənbəsi xüsusi yer tutur. Hər zaman torpaqdan güc alan zəhmətkeş Biləsuvarlılar torpaq çərşənbəsini daha təmtəraqla qeyd edirlər. Torpaq çərşənbəsində tonqallar qalanır, od üstündə tullanılır, bayram şamları yandırılır, xonçalar bəzədilir, müxtəlif xalq oyunları keçirilir. 
Bu ilki Novruz bayramı xalqımız üçün daha möhtəşəmdir. Çünki uzun illər ayrılıqdan sonra xalqımız bu bayramı torpaqlarımızın azad edilməsində Zəfər Qələbəsi çalmış fateh kimi qeyd edir.


Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, dövlətimizin qüdrəti, şanlı ordumuzun rəşadəti və xalqımızın birliyi nəticəsində əldə olunmuş bu tarixi Qələbə bu ilki Novruz bayramında xalqımıza qürurlu günlər yaşadır.
  Bu gün Azərbaycan dövləti müstəqil bir ölkə kimi dünya dövlətləri sırasında öz layiqli yerini tutur, onun iqtisadi qüdrəti ilbəil güclənir. Bütün bu nailiyyətlərin əsasında Prezident İlham Əliyevin məqsədyönlü siyasəti  dayanır.
    Azərbaycan ikinci dəfə tarixi müstəqilliyini əldə etdikdən sonra xalqımız Novruzu dövlət bayramı kimi təntənə ilə qeyd edir.
    Müdrik Ulu Öndərimiz Heydər Əliyevin xalqımız qarşısında əzəmətli xidmətləri sırasında Novruz bayramının yenidən qaytarılması mühüm yer tutur.


  Əziz həmvətənlər!
Xalqımız bu ilki Novruz bayramını hər bir sahədə böyük irəliləyişlər, geniş abadlıq-quruculuq işləri şəraitində qarşılayır. Dünyanı bürümüş COVİD-19 pandemiyasının yaratdığı ciddi çətinliklərə baxmayaraq, dövlət başçısı  baş verə biləcək fəsadların qarşını almaq məqsədi ilə qabaqlayıcı addımlar atmaqla Azərbaycanın bu pandemiyadan ən az əziyyət çəkən ölkələr sırasında olmasına müvəffəq olmuşdur. Rayonumuzda pandemiyaya qarşı mübarizədə təsirli və qabaqlayıcı tədbirlər görülmüş, maarifləndirici təbliğat-təşviqat işləri ardıcıl olaraq davam etdirilmişdir. Rayon İcra Hakimiyyəti yanında yaradılmış Operativ Qərargah tərəfindən pandemiyaya qarşı mübarizə tədbirləri gündəlik təhlil olunmuş, konkret qərarlar qəbul edilmişdir. Hazırda bütün respublikamızda olduğu kimi, rayonumuzda da pandemiyaya qarşı vaksinasiya tədbirləri uğurla davam etdirilir.
      Bu ilki Novruzu xalqımız üçün əlamətdar edən isə bayramı Zəfər Qələbəsi ilə qarşılamağımızdır. 2020-ci ilin 27 sentyabr tarixindən başlanan Vətən müharibəsi Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz qətiyyətini, xalqımızın birliyini, şanlı ordumuzun qüdrətini bütün dünyaya göstərdi. 44 gün  davam edən bu müharibə şanlı qələbəmizlə başa çatdı, 30 ildən çox işğal altında olan torpaqlarımız azad olundu, respublikamızın ərazi bütövlüyü təmin edildi. Qazanılmış tarixi qələbədə igid Vətən övladları şəhidlik zirvəsinə ucalmaqla adlarını əbədi olaraq xalqımızın tarixinə yazdılar. Biləsuvar torpağı da bu şanlı Qələbənin əldə olunması üçün 69 şəhid vermiş, 300-ə qədər biləsuvarlı ağır döyüşlərdə sağlamlığını itirmişdir.
    Bu gün xalqımız həm şanlı Qələbə, həm də Novruz bayramı sevincini birgə yaşayır. Artıq işğaldan azad olunmuş torpaqlarımıza böyük qayıdış proqramının icrasına başlanmışdır. Möhtərəm Prezidentimizin dediyi kimi, tezliklə bütün Qarabağ torpaqları yenidən cənnətə dönəcəkdir.


Əziz həmvətənləri! 
    Bayram sevinci yaşadığımız bu günlərdə fərəhlə bildirmək xoşdur ki, geridə qalmış 2020-ci ildə rayonumuzda bir çox uğurlara imza atılmışdır. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonumuzda qarşıya qoyulmuş vəzifələrin icrasına xüsusi diqqət yetirilmişdir. Təhsil, mədəniyyət, gənclər, sosial-iqtisadi, aqrar sahədə mühüm nailiyyətlər əldə olunmuşdur. Tikinti və abadlıq sahəsində bir çox layihələr həyata keçirilmişdir. Sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun artırılması istiqamətində mühüm addımlar atılmışdır.
     Aparılmış islahatlar, görülmüş işlər ölkəmizin uğurlu inkişafını bir daha təsdiqləyir. Azərbaycan müasirləşir, yeniləşir. Azərbaycanda aparılan islahatlar demək olar ki, bütün sahələri əhatə edir.
     Ölkəmizdə bütün işlər  müsbət istiqamətində gedir, Azərbaycanda sabitlik hökm sürür. Bu sabitliyin təminatçısı Azərbaycan xalqıdır, sarsılmaz xalq-iqtidar birliyidir, uzaqgörən xalqımızın müdrik Prezidentimizə verdiyi yüksək dəstəkdir.
    Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənir. Azərbaycanın dünyada çox böyük hörməti və dövlət başçımızın yeritdiyi müdrik siyasətə böyük rəğbət var. Bunu Prezident İlham Əliyevin bir sıra ölkələrin rəhbərləri ilə görüşləri təsdiq edir. Dövlət başçısı cənab İlham Əliyevin Sərəncamları ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək haqlarının, pensiya və təqaüdlərin ardıcıl olaraq artırılması əhali tərəfindən dərin razılıq hissi ilə qarşılanmışdır. Xalqımız öz müdrik Prezidentinə inanır, onun daxili və xarici siyasətini ürəkdən bəyənir, ətrafında daim sıx birlik nümayiş etdirir.
      İnanırıq ki, Ümummilli Lider Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı kimi, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızı daha böyük uğurlar , xoşbəxt gələcək gözləyir.
 
  Əziz Biləsuvarlılar!
      Bir daha rayonumuzun bütün sakinlərini milli Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə bayram ovqatlı, Novruz təravətli firavan günlər arzulayıram. 


  Novruz bayramınız mübarək olsun!

    Faiq Qürbətov
    Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı
torpaq
   Şərhlər: 1
Şərh yaz

  1. 
    Admin
    Allah ömrün uzun etsin. Təşəkkür edirəm.
    Biləsuvar.İnfo




  • MƏDƏNİYYƏT
  • IDMAN
  • HƏRBİ
  • KRİMİNAL