Biləsuvar rayonu. Ərazisi - 1360 km2. Əhalisinin sayı - 105,1 min nəfər. Yaşayış məntəqələrinin sayı - 1 şəhər və 25 kənd. Əhali sıxlığı – 72 nəfər/km2. Iqtisadi rayon - aran (iqtisadi rayonu). Nəqliyyat vasitəsinin kodu - 12. Telefon kodu – 2529-5-xx-xx. Poçt kodu (Mərkəzi PŞ) - AZ 1300. Biləsuvar rayonu Azərbaycan Respublikasının zəngin tarixi keçmişi olan ərazilərdən biridir. Biləsuvarın qədimliyini sübut edən 10 arxeoloji abidə və orta əsrlərə aid olan memarlıq abidəsi olan Şəhriyar qalası hələ də öz tədqiqatlarını gözləyir. 1288-1290-cı illərdə Qızıl Ordu qoşunlarının Azərbaycana hücumu zamanı Elxani hökmdarı Arqun xanım (1282-1291) hərbi düşərgəsi Biləsuvarda idi. Azərbaycan Sovet Ensiklopediyasının ikinci cildində Biləsuvar rayonu haqqında verilmiş məlumatda qeyd edilir ki, "Biləsuvar, Piləsuvar - Azərbaycanda şəhər tipli orta əsr yaşayış məntəqəsidir. İran tarixçisi Həmdullah Qəzvininin məlumatına görə Biləsuvaı X əsrdə Büveyhi əmiri Piləsuvar saldırmışdır". XIV əsr feodal çəkişmələri nəticəsində tənəzzülə uğrayan Biləsuvar şəhəri 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölündükdən sonra bir hissəsi İranda qalmışdır. Rusiya imperiyası daxilin-də qalan hissəsinin əhalisi 1914-cü ildə Rusiya imperiyası cənub sərhədlərini keçilməz etdikdən sonra səhəddən 20-40 km kənarda ruslar üçün salınmış yaşayış məntəqələrinə və digər ərazilərə köçürülmüşdür. Nəticədə vaxtilə Rusiyadan köçürülmüş əhalinin məskun-lşdığı Puşkin qəsəbəsi mərkəz olmaqla 1930-cu ildə Biləsuvar rayonu təşkil edilmişdir. 1938-ci ildə Biləsuvar adı dəyişdirilərək Puşkin rayonu adlandırılmışdır. 1963-cü ildə ərazisi Cəlilabad rayonu ilə birləşdirilmiş, 1964-cü ildən isə yenidən müstəqil rayon olmuşdur. SSRİ dövləti dağıldıqdan sonra 1991-ci ildən onun tarixi adı özünə qaytarılaraq Biləsuvar adlandırılmışdı. Sabir Nəsiroğlu adlı müəllifdən şərq aləminin tarixini və mədəniyyətini öyrənən "Həmşəhri" cəmiyyəti tərəfindən nəşr olunmuş "Sehrli diyarın sirri" adlı qısaldılmış tarixi monoqrafiyasında və "Həməşəradan gələn səslər" kitabında Biləsuvarın taixi ilə bağlı maraqlı məlumatlar çoxdur. Müəllif tarixi mənbələrə istinad edərək yazır ki, Muğanda xəzərlər, massagetlər və s. tayfalarla yanaşı bilyər və suvarlar da yaşamışdır. O, belə bir nəticəyə gəlir ki, Biləsuvar iki tayfanın - bolqar və suvarların cəmlənib düşmən qarşısında qəhrəmancasına vuruşduğu yer mənasını verir. Daha sonra müəllif qeyd edir ki, "Atlı əsgərlərin və çaparların keçid yeri" toponimi Biləsuvarın toponiminə uyğun gəlir. Biləsuvar toponimin "Belə", "Su", "Var" sözlərindən yarandığını qeyd edənlər də var. Yerli əhali də bu fikrə daha çox üstünlük verir. Bu gün Biləsuvar müstəqil Azərbaycanın inkişaf etmiş yaşayış məntəqələrindən sayılır. Biləsuvar rayonu-nun ərazisi Muğan düzünün cənub-qərb və cənub hissəsini tutur. Ərazisi şimaldan İmişli rayonu ilə 53 km, şimal-qərbdən Saatlı rayonu ilə 23 km, Sabirabad rayonu ilə 20 km, şərqdən Salyan rayonu ilə 23 km, Neftçala rayonu ilə 4 km, cənubdan Cəlil-abad rayonu ilə 54 km, qərbdən isə İran İslam Republikası ilə 64 km məsafədə həmsərhəd olmaqla, ümumi sərhəd dairə-sinin uzunluğu 241 km-dir. Biləsuvar beynəl-xalq gömrük keçid məntəqəsi rayon ərazisində yerləşir. Rayonun ərazisi 1360 kv. kilometrdir. Tarixi araşdırmalar göstərir ki, Biləsuvar rayonunun ərazisindən keçən indiki Bolqar çayı kimi tanınan Biləsuvar çayı bir neçə adla adlandırılmışdır. İran ərazisində bu çayı cürbəcür - Şənbəçay, Adnabazarçay, Bəylər çayı, Şirinsu, Qələbə çayı və s. kimi adlandırmışlar. Amma rəsmi xəritələrdə bu çayın adı həmişə Bolqar çayı kimi göstərilir.
» » Bu gün Biləsuvarın fəxri mərhum Elman həkimin anadan olduğu gündür
torpaq

Bu gün Biləsuvarın fəxri mərhum Elman həkimin anadan olduğu gündür


Onun yoxluğu bizimçün çox çətindir

Mifoloji anlamlı olan 13 sayı haqqında dünya xalqlarının müxtəlif fikirlər səsləndiriblər. Hətta, qədim yahudilər on üçü “ölüm sayı” hesab etmişlər. Bəzi Avropa dövlətlərində 13 sayı nəhs bilinir, uğursuzluq simvolu zənn olunur. Azərbaycan mifalogiyasında da ən nəfs  rəqəm bu saydır.

 Ağlım kəsəndən bu yana, bu rəqəmin nəvs olmasına inanmağım, şahidi olduğum hadisələr olub. Mənə ən yaxın bir insanın ad gününün “13” lə olması bəzən ürəyimdə nəsə bir xof, qorxu, niskil yaradırdı. Hər il aprelin 13-ü ötəndən sonra Allaha şükür edirdim ki, bir ili də sağ-səlamət başa vurduq. 2020-ci ilin 13 aprelində o, əziz insanın 50 illik yubileyini onunla birgə qeyd etmişdim. Düşünürdük xəstəlik səngiyər, növbəti ad günündə kollektivlə birgə onun yübileyini təntənəli qeyd edərik. Bu günü “Zirvə”də qeyd edəcəyimizi planlaşdırmışdıq da. Ancaq  lənətə gəlmiş “Kovid-19” xəstəliyi çoxsaylı dostaların, kollektivin əziz iş yoldaşlarının yubilyinə toplaşmağa imkan vermədi. .

... Həmin gün, 03:30-da xəstəxanada idim.  Cərrahiyyə şöbəsində xəstə əməliyyat olunurdu, gələn zənglərə telifon qulağıma tutulmaqla cavab verirəm. Bu sonuci “13”də (dekabır ayının) verilən xəbər  ürəyimdə qorxu, şübhə hissini dərinləşdirdi: “Elman həkimin koronavirus testinin nəticəsi pozitiv çıxıb.. .”
Həsənov Elman Əbilhəsən oğlu 13 apel 1970-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. Əbilhəsən kişinin, mərhum Pakizə xalanın ali təhsili olmasa da halal süfrələrində böyütdükləri 11 övladın təhsil almasında hər çətinliyə qatlaşıb, arzularını reallaşdırmışlar.

Hələ kiçik yaşlarında həmyaşıdlarından öz biliyi, dərin zəkası və bacarığı ilə seçilən məktəbli Elman təhsil aldığı Biləsuvar şəhər, 4 saylı tam orta məktəbdə müəllimlərin diqqətini özünə çəkməyə bacarmışdır. Yaş üstünə yaş gəldikcə Elman daha da nümunəvi olur, fizika, kimya və bialogiya fənləri üzrə keçirilən respublika olimpiadalarında dəfələrlə 1 və 2-ci yerləri tutmuşdur.

O, 9-cu sinifdə oxuyanda artıq, seçəcəyi peşə-həkim-cərrah olmağı qarşıya məqsəd qoymuşdur. Bu yolu seçməkdə həkm əmisi (atasının əmisi oğlu) Həsənov Mirkalam Seydhəsən oğlunun əfsanəvi cərrah olması haqqında eşiddikləri ruhlandırmışdır. Mərhum Mirkalam həkim 1965-ci ilə kimi Biləsuvar MRX-ın cərrahiyyə şöbəsinin aparıcı cərrahı olmuşdur. Bu illərədə Salyan, Cəlilabad, Yardımlı, Lerik və İmişli rayonlarının əhalisi demək olar ki, Biləsuvar MRX-na gəlir və Mirkalam həkimin şəfalı əllərinə güvənirdilər. (Talehin qisməti Elman həkimi əmisi kimi, eynilə məhşur həkim-cərrah kimi məhşurlaşdırıb).

Qarşıya qoyduğu  məqsədinə çatmaq üçün səylə çalışan Elman həkim dərslərini əla qiymətlərlə oxumaqla yanaşı idmana ( boks idmanına) və şahmata da xüsusi maraq göstərmiş, bu sahədə də qaliblər sırasında olmuşdur. Qəlbi daima yaşayıb-yaratmaq, yaşadığı cəmiyyətə faydalı olmaq eşqi ilə döyünmüşdür. Bu yolda qarşısına çıxan çətinliklər onu qorxutmamış, əksinə mübarizliyə ruhalandırmışdır,.

1989-cu ildə orta məktəbi “gümüş medal”la başa vuran E.Həsənov “kimya” fənnindən aldığı “əla” qiymətlərə görə Azərbaycan Tibb Universitetinin “müalicə profilaktikası” fakültəsinə imtahansız qəbul olunur.

Yeni həyat, daha çox zəhmət tələb edən tələbəlik illərini Elman həkimin həyatında yeni dövrün başlanğıcı da hesab etmək olar. Öz məqsədinə nail olmaqda qayğılar onu ruhdan salmır, o, öz sahəmi mükəmməl öyrənməliyəm-deyir. Yuxarı kurslarda TSN-nin üzvü olur, ayr-ayrı mövzularda elmi jurnallarda məqalaləri işıq üzü görür. Eyni zamanda universitetin içtimai həyatında da fəal iştirak edərək, keçirilən yarışlarda dəfələrlə universitetin şöhrətini qorumuşdur.

Ali təhsilini “həkim-ümumi cərrah” ixtisası üzrə fərqlənmə diplomu ilə başa  vuran Elman həkim Respublika Təcili Yardım xəstəxasanında bir il təcrübədə olduqdan sonra, 1995-ci ildən doğma rayonunda insanların sağlamlığının keşiyində durur.


Onun əmək fəaliyyətinə başladığı bu illərdə yenicə müstəqillik əldə etmiş respublikamızda sovet rejimin abu-havası höküm sürürdü. Köhnə fikirli bəzi yaşlı nəsil nümayəndələri Elmana fəaliyyətində hər vəcdlə maneələr yaratmağa çalışırlar. Lakin onun öz bacarığı, zəhmətsevərliyi, qayğıkeşliyi, yüksək intelektual səviyyəsi ona özünə cığır açmağa və bu yolla uğurla irəliləməyə imkan verir.

Bu vaxta kimi ancaq appencidlər, yırtıq və sair bi kimi xırda əməliyyatlar olunan Biləsuvar RMX-da uşaqlığın ekstripasiyası, öd kisəsinin, böyrəyin götürülməsi, kesər kəsiyi ilə uşağın götürülməsi, kistaların ləğvi, ağır peritonetlər və s iri həcmli əməliyyatlar aparılmağa başladı. İllər ötdükcə əməliyyatların çeşidləri də artmağa başladı. Bakı şəhərində səhiyyə ocaqlarına çətin hesab olunan bir çox cərrahi əməliyyatların Elman həkim tərəfindən rayonda uğurla həyata keçirilməsindən insanlar faydalanmış, tezliklə şəfa tapmışlar. Onun şəfalı əllərinin şöhrəti qonşu rayonlara səs salmışdı. Elman həkimin qəbuluna gələn bütün pasientləri şəfa taparaq, sevinə-sevinə evlərinə qayıdırdılar. Xəstəxananın mərhum baş həkimi Yusif Məmmədovun Elman həkimin toy məçlisində “ Elman həkim Allah tərəfindən bizim üçün göndərilmiş bir töhvədir”  deməsi, illər ötdükcə onun şöhrətinin Bakı şəhərində eşidilməsilə bir daha təsdiqini tapmışdır. Ayrı-ayrı xəsətəxanalardan, universitetlərdən Elmam həkim iş təklifləri alsa da, o, doğma rayonunda qalaraq insanlara fayda verməyi üstün tutmuşdur.

Bütün ömrünü, fəaliyyətini elinə, obasına yorulmadan xidmət göstərən, sağlamığnın keşiyində duran Elman həkimin ailəsində layiqli iki övladı - Aysu və Mirələkbər  böyüyüb. Aysu atasının yolunu seçərək, Azərbaycan Tibb Universitetinin “ müalicə işi” fakültəsinin birinci kursunda təhsil alır. Bu sevincin dadını tam çıxarmağa Elman həkimə Qarabağ muharibəsinin başlaması imkan vermədi. Onsuz da gərgin olan iş rejimi daha da ağırlaşdı. Hər gün səhər 06:00-dan başlayan iş saatı  03:30-a, bəzən 04:00-a kimi çəkirdi. Yaralı əsgərlərə hər gün yardımlar olunur, qəlpələri, güllələri çıxarılırdı. Vətən muharibəsi başlayandan (01 dekabıradək) xəstəxanada müalicə olunan 600-dən artıq əsgərimizin hər birinin  Elman həkim tərəfindən müayinə və müalicə olunması vətəndaşlıq qayəsinin pik nöqtəsidir-deyərdim.

Fizikada “enerjinin itməməməsi” qanunu vardır. Elman həkim enerjisini xəstələrə şəfa şəklində paylaması, öz səhhətində təsirini göstərmişdir. Arterial hipertoniya, aşağı ətraf venaların varikoz genişlənməsi xəstəlikləri son vaxtlar onu narahat edirdi.  O, öz səhhətindəki narahatçılığı yaxşı bilib müalicəyə getməyi planlaşdırsa da, hər gün ondan şəfa diləyən insanları boş qaytara  bilmirdi. Minlərlə xəstəyə şəfa verən Elman həkimin insanlığa təəssübkeş münasibəti, ondan şəfa diləyən xəstəni naümüd qoymadı. Özünü risqə ataraq, onu ayağa qaldırıb, özü xəsətliyin qurbanı oldu.

Bu gün 13 apreldi, 51-ci 13. Elmansız 13...
 
Mələk kimi idin, mələktək uçdun,
Bir də bu dünyaya baxmayacaqsan,
Əbədi həkk oldun yaddaşımıza,
Heç vaxt yadımızdan çıxmayacaqsan.
 
    Mirnəsiyyət Mürsəlov,
    həkim
                                              Surxay Sahbazov
                                               Bilesuvar.İnfo
   Şərhlər: 0
Şərh yaz




  • MƏDƏNİYYƏT
  • IDMAN
  • HƏRBİ
  • KRİMİNAL